Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
HEYDƏR ƏLİYEV VƏ ORDU QURUCULUĞU

0

  •      Bəşər tarixində elə şəxsiyyətlər olmuşdur ki, onlar heç vaxt unudulmur və yaddaşlardan silinmir. Belə şəxsiyyətlərdən biri də dünya tarixində özünün uzaqgörən siyasəti, dərin zəkası, müdrikliyi ilə seçilən ümummilli lider Heydər Əliyev olmuşdur. Dahi lider Heydər Əliyev Azərbaycan Respublikasının beynəlxalq arenada tanınmasında əvəzsiz rol oynamışdır. O, ölkəmizin sosial-iqtisadi və siyasi sahələrində əldə etdiyi nailiyyətlərlə yanaşı, həm də hərb sahəsində də böyük uğurlara imza atmışdır. 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Heydər Əliyevin müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Onun fəaliyyəti nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılması Azərbaycanda milli hərbi kadrların hazırlığı üçün əvəzsiz imkanlar yaratmışdır. Heydər Əliyev yaradılmış Hərbi Lisey haqqında deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Həqiqətən də Uzaqgörən Liderimizin dediyi kimi də oldu, Azərbaycan Respubilkası 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini qazandı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra, həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bu gün Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən müasir və güclü ordusuyla dünyaya özünü tanıtmışdır. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu düşmən üzərində və dünyanın gözü qarşısında bir daha güclü və yenilməz olduğunu göstərdi. Bu gün müasir tələblərə cavab verən Azərbaycan Ordusu dahi lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində gündən-günə daha da güclənir.Elsevər Hümbətov,Xocalı rayon Yaloba kənd tam orta məktəbin tarix müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib30 dəfə
    HEYDƏR ƏLİYEV ORDU QURUCULUĞU

    Maraqlı gələ bilər
    31
    36
    37